ƏDALƏTSİZLİYƏ ƏDALƏTLİ ÇAĞRIŞ!

17:35 19-09-2022 243

Tanınmış jurnalist Zaur Mirzə-zadə haqqında 8 oktyabr 2021-ci il tarixində  Bakı Ağır Cinayətlər  Məhkəməsinin qərarı ilə təqzibolunmaz sübutlarla təqsirsiz olduğu aşkarlanaraq BƏRAƏT hökmü verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin hakimi Faiq Qasımov  sifarişlə, təhrifolunmuş sübutlarla, heç bir hüquqi əsası olmayan faktla onu 5 il azadlıqdan məhrum edərək  ədalətsiz qərar  vermişdir. Cəmiyyətdə cəzasızlıq prinsipinin yayılmamasına görə Ali Məhkəmənin sədri  Ramiz Rzayeva müraciət ünvanlanacaq. Millət vəkilləri, elm və ictimayət nümayəndələrinin adından ünvanlanacaq  müraciətdə tanınmış  jurnalist Zaur Mirzə-zadənin kasasiya şikayətinə kənar müdaxilə olmadan baxılmasına, məhkəmənin açıq keçirilməsi və ədalət  tərəzisinin nizamının tənzimlənməsi üçün müraciətə öz imzası ilə qatılmaq istəyənlərə çağırış edirik. 

 
Korrupsiya xəstəliyindən sağalmayanları  ifşa edərək əsl təqsirkarların  məsuliyyətə cəlb olunmasına  dəstək verək.
Artıq imza aksiyasına 70 nəfərə yaxın (millət vəkilləri, ictimaiyyət və elm adamları, jurnalistlər) qoşulub. Siz də ədalətsizliyə səssiz qalmayıb, ədalətin bərpa olunmasını istəyirsinizsə imza aksiyasına qoşulun.
0.24542021751404