İcbari Sığorta Agentliyinə MÜRACİƏT - "...müraciətim şikayət xarakterli deyil"

10:36 20-09-2022 378

"Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandanın uğurlu fəaliyyəti və uzaqgörən siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə gündən-günə inkişaf edərək dünya ölkələri arasında öz mövqeyini daha da gücləndirir. Bunun nəticəsidir ki, Cənubi Qafqazda lider ölkəyə çevrilmişik. Zamanla güclənən iqtisadiyyatımız düşmənə bütün istiqamətlərdə qalib gəlməyə səbəb oldu. Möhtərəm cənab Prezidentin yürütdüyü siyasətlə, ölkə olaraq bir çox beynəlxalq layihələri uğurla idarə etdik və beynəlxalq təşkilatlarda söz sahibi olduq". DİA.AZ bildirir ki, bunu Kənan İsmayılov adlı vətəndaş İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciətində qeyd edir.

 


Daha sonra narazı vətəndaş bildirir: "Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında düşmən üzərində əldə olunan qələbə Azərbaycan tarixinin ən şanlı səhifəsi olmaqla yanaşı, müstəqil Azərbaycanın gücünü bütün dünyaya bir daha göstərildi. Bu qələbə ilə Azərbaycan xalqının illərdir qəlbində bəslədiyi arzusunu həyata keçirilmişdir.

Cənab Prezidentimiz 2016-cı ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini yaradıb. Bu o deməkdir ki, Cənab Prezidentimiz ölkə vətəndaşları olan hər bir kəsin səhhəti ilə bağlı maraqlanır. Hər il müassir xəstəxanalar tikilir, və bu proses hər bir vətəndaşın gözü qabağındadır. Buna görə bir vətəndaş olaraq Cənab Prezidentimizə təşəkkür bildirirəm.

Hörmətli Zaur müəllim. Mənim Sizə ünvanladığım müraciətim şikayət xarakterli deyil, sadəcə bir xəstəxananın fəaliyyəti haqqında olacaq. Nərimanov Tibb Mərkəzinin poliklinika şöbəsinin müdiri Nailə Bağırovanın səhiyyə ocağında olan öz fəaliyyəti ilə bağlıdır. Nərimanov Tibb mərkəzini -Səhiyyə ocağını özününküləşdirib. Xahiş edirəm həmin şəxsin iş fəaliyyətini dərindən araşdırılmasına göstəriş verəsiniz.

İnanıram ki Sizin kimi alicənab bir insan bu məsələni kənara buraxmaz. Sizin fəaliyyətinizdə uğurlar arzu edirəm və təşəkkürümü bildirirəm".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

 

XalqXeber.Az

0.19951605796814