Azərbaycan və İran XİN başçılarının görüşü olub

16:34 23-09-2022 135
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan arasında görüş olub.
 

Bunu C.Bayramov tviterdə yazıb.

Nazirlər ikitərəfli əlaqələr və regional məsələləri müzakirə ediblər.

C.Bayramov İranın xarici işlər nazirini Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribatlar barədə məlumatlandırıb.

0.21654009819031