Qazaxda mərkəzi yol aylardır ki, bərbad vəziyyətdədir - VİDEO

16:33 30-03-2021 729

Qazaxda aylardır ki, mərkəzi yol Heydər Əliyev prospekti acınacaqlı vəziyyətdədir.

MilllətinSəsi.info İnteraztv-yə istinadən xəbər verir ki, su və kanalizasiya çəkilişlərinin aparıldığı yolda işlər çox ləng aparılır.

Sakinlərin bildirdiyinə görə artıq bir ilə yaxındır ki, yol bağlanıb.

Sürücülər avtomobillərinin tez-tez sıradan çıxdığını və hər hansı bir yerə getmək üçün uzun məsafə qət etməli olduqlarını qeyd ediblər.