Bayılın Arif İsmayılov küçəsi baxımsız vəziyyətdədi

16:35 30-03-2021 585

Bayılın Arif İsmayılov küçəsi baxımsız vəziyyətdədir. Bu barədə həmin küçənin sakinləri milletinsesi.info-a məlumat verib.

Sakinlər bildirib ki, küçə Su İdman Sarayının yanında, demək olar ki şəhərin mərkəzində yerləşsə də, yollar baxımsız vəziyyətdədir. Hətta bu əraziyə taksi və təcili tibbi yardım maşınları çağırandan imtina edib gəlmirlər.

Küçə sakinləri məsələ ilə bağlı Rayon İcra Hakimiyyətinə müraciət etdiklərini də qeyd ediblər.