Kanalizasiya sistemi çəkilməsə, Bakının Buzovna qəsəbəsi batıb gedəcək

16:37 30-03-2021 666

Bakının Buzovna qəsəbəsinin sakinləri get-gedə artan qrunt sularından əziyyət çəkir. Bunun əsas səbəbi isə kanalizasiya sisteminin olmamasıdır.

Sakinlər özləri həyətlərində “şambo”adlanan qurğu düzəldib kanal kimi istifadə edirlər. Çirkab suların buraya axıdılması isə natəmizliyə gətirib çıxarır.

Sakinlər bildirir ki, 3 dəfə prezidentə məktub yazsalar da, kənd nə içməli su ilə təmin olunub, nə də kanalizasiya sistemi çəkilib.

Bakının Buzovna qəsəbəsində qrunt suları ilk dəfə 1970-ci illərin sonlarından qalxmağa başlayıb. Amma bir müddət sonra bu sular borular vasitəsilə çəkilib. Keçən ilin əvvəllərindən ərazini yenidən qrunt suları bürüyüb.