Rəcəb Tayyib Ərdoğan Şuşaya səfər edəcək

12:53 01-04-2021 675

O, səfərin Ramazan bayramından sonra baş tutacağını deyib

 

Türkiyə Prezidenti Rəcəb Teyyub Ərdoğan Ramazan bayramından sonra Şuşa şəhərinə gedəcəyini bildirib.

Bu barədə Türkiyə dövlət başçısı Türk Şurasının qeyri-rəsmi Zirvə toplantısında söyləyib.

"İstəyirik ki, ən qısa zamanda - Ramazan bayramından sonra Şuşanı ziyarət edib yeni bir bayram yaşayaq", - R.T. Ərdoğan belə deyib.

Dövlət başçısı işğaldan azad olunan Dağlıq Qarabağ bölgəsində 67 məsciddən 63-nün dağıdıldığını bildirib: "Kilsələr də tar-mar edilib".

O, 1918-c il haidələrinə toxunaraq deyib ki, bu gün azərbaycanlıların qətliama məruz qaldığı gündür: "Biz heç zaman Xocalı qətliamını kənara qoymayacağıq. Qarabağda türk mirasının qorunması üçün Azərbaycanın yanında olmağımız önəmlidir".

1992-ci ildə işğal edilən Şuşa şəhəri 2020-ci ilin 8 noyabrında azad olunub.