Maska taxmayan İcra başçılarının SİYAHISI - FOTOLAR

13:17 01-04-2021 828
Məlum olduğu kimi, Azərbaycan ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılması səbəbindən insanların maska taxmaması inzibati xəta hesab olunur və məsuliyyətə səbəb olur.

Yeniavaz.com xəbər verir ki, maska taxmayanlar, yəni İnzibati Xətalar Məcəlləsinin, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanunun, həmçinin Nazirlər Kabinetinin müvafiq qərarlarına laqeyid yanaşan vətəndaşlar arasında yüksək vəzifəli məmurlar da yer alır.
 
Qeyd edək ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilən “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə maska taxılmalıdır.
 
Bu tələbə əməl etməyən fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə olunurlar.
Məlumat üçün bildirək ki, maska taxmayaraq inzibati xəta törədən məmurlar arasında İcra başçıları üstünlük təşkil edir.

Maska taxmayan İcra başçılarının fotolarını təqdim edirik:
1. Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov (30 mart 2021)


2. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov (19 mart 2021)


3. Qəbələ rayon İcra hakimiyyəti başçısı Səbuhi Abdullayev (19 mart 2021)


4. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov (18 mart 2021)


5. Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev (5 mart 2021)


6. Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev (12 fevral 2021)


7. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov (23 sentyabr 2020)