Müdafiə Nazirliyinin yüksək rütbəli zabiti rüşvət alıb? - VİDEO

22:25 07-05-2021 747

Bütün dünyada, eyni zamanda Azərbaycanda pandemiyanın tüğyan etdiyi bir vaxtda, bəzi yüksək rütbəli məmurlar mövcud vəziyyətdən və vəzifə səlahiyyətlərindən sui istifadə edərək, qanunları kobud şəkildə pozurlar.

Belə hallardan biri də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncədə yerləşən N saylı Hərbi Hosbitalda qeydə alınıb. Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarına və I Vitse-Prezident Mehriban xanım Əliyevaya media vasitəsilə müraciət edən Gəncə şəhər sakini Məmmədova Günay Zakir qızı iddia edir ki, sözügedən hospitalın rəisi polkovnik-leytenant Hüseyn Qaçayev tutduğu vəzifədən sui-istifadə edərək, qanunlara məhəl qoymur, öz istədiyi kimi hərkət edir və onun əmək hüquqlarını pozur.

Daha doğrusu pozub. Belə ki, hospital rəisi Hüseyn Qaçayev bir müddət öncə 1500 AZN “hörmət” qarşılığında işə qəbul etdiyi kiçik tibb bacısı Məmmədova Günay Zakir qızını işdən çıxması üçün ərizə yazdırmağa məcbur edib. Bu iddia ilə tibb bacısı özü çıxış edib.

Şikayətçi bildirib ki, hospitalın rəisi, polkovnik-leytenant Hüseyn Qaçayevə 1500 AZN “hörmət” müqabilində işə götürüb. Buna baxmayaraq bu yaxın günlərdə onu qəzəbinə tüş gəlib. Rəisi onu gözümçıxıdıya salaraq öz xoşu ilə işdən azad edilməsi haqqında ərizə yazımağa məcbur edib.

Kiçik tibb bacısı olmuş Məmmədova Günay Zakir qızı hospitalın rəisi polkovnik-leytenant Hüseyn Qaçayevə himayəsində iki azyaşlı övladının olmasını desə də, rəis azyaşlı körpə övladları olan ananın göz yaşlarına məhəl qoymayaraq onu Azərbaycan Respubilkasının Əmək Məcəlləsinin 70-ci maddəsinin müvafiq bəndini əsas götürərək işdən azad edib. Əslində hospital rəisi bu hərəkətləri ilə həm də Ali Baş Komandan İlham Əliyevin pandemiya dövüründə işdən çıxarılma ilə bağlı sərəncam və tapşırıqlarını kobud sürətdə pozub.

Hüquqları pozulduğunu deyən Gəncə sakini mətubat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident,hörmətli Mehriban xanımıma üz tutuaraq ona qarşı ədaltsiz qərar vermiş hərbi hissə komandiri haqqında qanuna müvafiq olarq ölçü götürülməsinə göstəriş vermələrini xahiş edir.

İşdən azad olunan kiçik tibb bacısının prezidentə ünvanladığı videomüraciəti təqdim edirik:

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.