Koronavirus xəstəliyindən ölən şəxsin dişləri oğurlanıb?

14:22 09-06-2021 225

Qazaxda vəfat edən koronavirus xəstəsinin qızıl dişləri oğurlanması iddia edilib.

Bildirilib ki, COVID-19-dan ölən xəstənin qızıl dişləri Qazax Rayon Mərkəzi Xəstəxanasında çıxarılıb.

Xəstəxanadan milletinsesi.info-a bildiriıib ki, qadının qızıl dişlərinin oğurlanması ilə bağlı yayılan məlumat düzgün deyil:

“Ailə xəstəxanaya 1959-cu il təvəllüdlü Leyla Əzizovanın dişlərinin çıxarılması barədə müraciət edib.

Ailəyə qadının protez dişləri təqdim edilib. Onlar iddia ediblər ki, dişlər həmin qadına məxsus deyil”.

Qurumdan qeyd edilib ki, ailə məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edə bilər.