Vilayət Eyvazov iki “MERO” rəisini İŞDƏN ÇIXARDI

14:33 10-06-2021 216

Daxili işlər orqanlarında kadr dəyişiklikləri olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, Lənkəran 5 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi Mübariz Əhədov və Şirvan 4 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış texniki baxış şöbəsinin rəisi Əlixan Zeynalov tutduqları vəzifədən azad olunublar.