İcra başçısı deputat Səttar Möhbalıyevin xalası oğlunu vəzifəyə təyin etdi

14:55 10-06-2021 225

Sabunçu rayon icra hakimiyyətinin başçısı  Adil Vəliyev rəhbərlik etdiyi qurumda kadr dəyişikliyi edib.

“Yeni Sabah.az” xəbər verir ki, A.Vəliyevin əmri ilə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əsədov Vüqar Həsən oğlu vəzifəsindən azad olunaraq, Bilgəh qəsəbəsi üzrə icra nümayəndəsi təyin olunub. Onun yerinə isə adıçəkilən vəzifəyə Səlimov Vidadi Əmirxan oğlu təyinat alıb.

Onu da qeyd edək ki, zaman-zaman Media da yayılan məlumatlara görə, Əsədov Vüqar Həsən oğlu Sabunçu rayonunun Zabrat qəsəbəsinin icra nümayəndəsi olarkən özünü kəndxuda kimi tanıdan Əsədov Vüqar Həsən oğlu heç bir vətəndaşın mövqeyinə, haqlı narazılığına məhəl qoymazmış. Mediada yayılan məlumatlarda Əsədov Vüqar Həsən oğlu Zabratın baş “qoçusu” kimi gündəmə gəlmişdi. 

Mediada yayılan məlumatlarda o da qeyd olunurdu ki, həmin vaxt Zabrat icra nümayəndəsi Əsədov Vüqarın tələblərini bilməyən qəsəbə sakini yox imiş. Bu şəxsin qanunu tikinti aparan qəsəbə sakinini yanına çağırıb pul tələb etməsinə qəribə baxmaq lazım deyilmiş. Zabratlılar bu kimi hallara adi baxırmış. Qanuni yolla özünə ev tikən vətəndaş təcili icra nümayəndəsi, daha doğrusu Zabratın “qoçu”sunun haqqını verməliymiş.

Bu tələb olunan qanunsuz haqq isə nə az nə çox birmərtəbəli ev üçün 2000 manat, ikimərtəbəli ev üçün isə 4000 manat təşkil edir. Vüqar Əsədovun istəyini icra etməyənlər bu şəxsin tələbi ilə tikintini dayandırmaq məcburiyyətində qalırmışlar.

Mediada yayılan məlumatlara görə, icra nümayəndəsinin qanunsuz əməlləri təkcə bununla bitmirmiş. Belə ki, həmin vaxt Zabratda eyni sənədlərlə torpaq satışı həyata keçirən Vüqar Əsədov vətəndaşlardan hər sotuna görə 3000-4000 manat alır. Amma vətəndaşlara verdiyi sənədin saxtakarlığına şübhə olmasada hələ ki, aidiyyatı qurumlar bu şəxsin qanunsuzluqlarına göz yumurlar.

Qeyd edək ki, Vüqar Əsədov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin xalası oğludur.