Şəmkirdə məktəbli şagirdi qəsdən zəhərləyib öldürən şəxs niyə həbs edilmir?

14:08 17-06-2021 576

Şəmkirin Mehirli kəndində məktəbli şagirdi zəhərləyib öldürən şəxs niyə həbs edilmir? Bu haqda mediada yayılan məlumata görə, qəsdən zəhərlənməyə məruz qalaraq dünyasını dəyişmiş, 7-ci sinif şagirdi, Rüqsarə Məmmədovanın anası Pakizə Məmmədovanın Baş prokurorluğa ünvanlamış olduğu videoşikayətdə bildirilir.

Şikayətçi qeyd edir ki, Şəmkir rayonun Mehrli kəndində 9 iyun 2021-ci il tarixdə məktəbli qızı Rüqsarə Məmmədova qonşusu Fərqanə adlı şəxs tərəfindən qəsdən öldürülmüşdür. Ölümə səbəb olaraq şikayətçi onu qeyd edir ki, qızı Rüqsarə Məmmədovanın saçına qonşusu Fərqanə adlı xanım tərəfindən zəhərli maye sürtülüb. Nəticədə yüksək doza da tətbiq edilən bu zəhərli maye məhrumun qanına keçmiş və onun həyatını həkimlər belə xilas edə bilməmişlər.

Hadisə ilə bağlı aparılan araşdırma zamanı yəqin ki, ekspertizanın rəyindən sonra da məlum olacaq ki, qızcığaz həqiqətənmi zəhərlənib? Hazırda məktəbli şagirdin ölümündə adıkeçən şəxs və şəxslər azadlıqda gəzir.Bu da zərərçəkmiş şəxsi qıcıqlandırmaqla mətubat vasitəsi ilə Baş prokurorluğa müraciət etməyə məcbur edib.

IMG_3615-rotated_cr

Şikayətçi əməkdaşımızla söhbətində onu da qeyd edib ki,məktəbli şagirdi zəhərləyib öldürən Fərqanənin qaynatası Faiq adlı şəxs ona rüşvət təklif edir ki, guya hadisəni gəlni yox özü törədib.

pakizə-mehr-157x300

Ruqsarə-225x300

Ümid edirik ki, iyun 9-da Şəmkir rayonun Mehirli kənd sakini Məmmədova Rüqsarə İmamverdi qızının qəsdən öldürülməsi faktı ilə bağlı Şəmkir rayon prokurorluğunda başladılan cinayət işinin sonunda cinayətkar cəzasız qalmayacaq.

Şəmkir sakinin Videoşikayətini təqdim edirik:

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi  yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.