2 yaşlı körpə Nərimanov rayonundakı 56 saylı uşaq bağçasında döyülüb - VİDEOFAKT

22:05 13-07-2021 387

Bakıda nənə nəvəsinin məktəbəqədər təhsil müəssisəsində döyüldüyünü iddia edir.

Xəzər TV-yə istinadən xəbər verir ki, Kəmalə Əhmədova iddia edir ki, 2 yaşlı nəvəsi paytaxtın Nərimanov rayonunda yerləşən 56 saylı uşaq bağçasında döyülüb.

O bildirib ki, nəvəsi bədəninin müxtəlif nahiyələrindən xəsarət alıb. Kəmalə Əhmədova döyülmə faktını tibbi ekspertizanın da təsdiqlədiyini iddia edir. 

Onun sözlərinə görə, bununla bağlı bağçanın rəhbərliyinə müraciət etsələr də, hansısa nəticə əldə olunmayıb.

Uşağın Aytən adlı qrup rəhbəri mətbuat orqanının məsələ ilə bağlı sualını cavabsız qoyub. Artıq məsələ ilə bağlı Nərimanov rayon 17-cı polis bölməsinə də müraciət olunub. Faktla bağlı araşdırma aparılır.