Gömrük Komitəsinin dayanacağında soyğunçuluq: Vətəndaşı 1 manata görə girov saxladılar – VİDEO

23:00 13-07-2021 468

Dövlət Gömrük Komitəsinin avtodayanacağında vətəndaş Niyaz Vəliyev 1 saat girov saxlanılıb.

Hit.az xəbər verir ki, bu barədə Niyaz Vəliyev videomüraciət yayıb. Onun sözlərinə görə, komitənin avtodayanacağına şəxsi nəqliyyat vasitəsi ilə daxil olub. 10 dəqiqə sonra oranı tərk edərkən 1 manat dayanacaq haqqı tələb edilib. Vətəndaş çek tələb etsə də, nəzarətçi çek verməkdən imtina edib.

Nəzarətçi çek verməyərək “get kimə istəyirsən de” söyləyib. Vətəndaş isə qanunsuzluq haqda komitə sədrinə şikayət edəcəyini deyib. Bunun qarşılığında nəzarətçi “pul yığımından komitə sədrinin xəbəri var, idarə üçün yığılır” deməklə nəqliyyat vasitəsini 1 saata yaxın girov saxlayıb.