“Neftçi” Çempionlar Liqasında cavab görüşünə çıxır

14:59 14-07-2021 324

Bu gün Azərbaycan çempionu “Neftçi” Çempionlar Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxacaq. 

Proqnoz.com xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisidə keçirilən ilk oyunda “Dinamo” klubu üzərində qələbə qazanan “ağ-qaralar” bu qarşılamada da üstünlük qazanmaq niyyətindədir. 

“Bakcell Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə 21:00-da başlayacaq. 

Matçı Moldova Futbol Federasiyasından Dumitri Muntean idarə edəcək.

Qeyd edək ki, ilk oyunda “Neftçi” 2:1 hesablı qələbəyə sevinmişdi. Azərbaycan təmsilçisinin qollarını Namiq Ələsgərov və Emin Mahmudov vurmuşdu. “Dinamo” klubunun yeganə qolunun müəllifi isə Zoran Marusiç olub.