Rus general İrəvana gəldi

16:36 14-07-2021 360

Ermənistan-Rusiya ikitərəfli hərbi əməkdaşlıq danışıqlarının aparılması üçün İrəvana Rusiya Baş Qərargah rəisinin müavini Sergey İstrakov gəlib.

Proqnoz.com xəbər verir ki, bu məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. İstrakov İrəvanda Baş Qərargah rəisi Artak Davtyanla görüşüb.

Qeyd edək ki, İstrakov son dəfə İrəvana 29 yanvarda gəlmişdi.