Şarl Mişel Azərbaycana gəlir

15:40 16-07-2021 387

Avropa Şurası prezidenti Şarl Mişel bu həftə Azərbaycana səfər edəcək.

Proqnoz.com qurumun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Ş.Mişel iyulun 16-da İrəvana, 18-də Bakıya səfər edərək ölkənin rəhbərləri ilə görüşlər keçirəcək.

Səfər zamanı Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsinə dair müzakirələr aparılacaq.

İyulun 19-da isə AŞ rəhbəri Gürcüstanın Avropa İttifaqına inteqrasiyasına dair 17-ci dəfə keçirilən Batumi Beynəlxalq Konfransına da qatılacaq.