XİN Almaniya və Belçikaya başsağlığı verdi

15:41 16-07-2021 279

Azərbaycan Xarici İşlər Nazirliyi Almaniya və Belçikada təbii fəlakət nəticəsində baş verən insan tələfatı ilə bağlı başsağlığı verib.

Proqnoz.com xəbər verir ki, bu barədə nazirliyin Tvitter səhifəsi məlumat yayıb.

“Qərbi Avropada havaların kəskinləşməsi nəticəsində üz verən dağıntılar bizi narahat edir. Almaniya və Belçikadakı daşqın qurbanlarının yaxınlarına başsağlığı veririk. Bu leysan yağışlarının dağıdıcı fəsadlarına qarşı mübarizədə Almaniyanın və Belçikanın yanındayıq”, - məlumatda bildirilib.