Neymar imicini yenə dəyişdi - FOTO

16:52 16-07-2021 423

PSJ futbol klubunun və Braziliya millisinin hücumçusu Neymar imicində dəyişiklik edib.

“Instaqram”da braziliyalının sarı hörüklərlə (dred) fotoşəkili yayılıb. O eyni zamanda öz sosial şəbəkə hesabının hekayə bölməsində də yeni stilində paylaşım edib.

Neymar bu yaxınlarda PSJ ilə müqaviləni 2025-ci ilin yayına qədər uzadıb. Keçən mövsüm 29 yaşlı futbolçu Fransa çempionatında 17 oyun keçirib və 9 qol vurub.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by 433 (@433)