1009 yeni iş yeri yaradılacaq - Nazir

16:54 16-07-2021 369

2021-ci ilin yanvar-iyun ayları ərzində 546 investisiya layihəsinin maliyyələşdirilməsinə 36.6 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər hesabına investisiya layihələri üzrə 1 009 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter hesabında yazıb.

Nazir qeyd edib ki, bu müddət ərzində verilmiş kreditlərin 97,1%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür. Güzəştli kreditlərin 58,2%-i kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 28,1%-i sənaye məhsullarının istehsalı və emalı, 13,7%-i digər sahələrə verilib.