Yeni Baş Qərargah rəisi 44 günlük savaşda... - Foto

17:47 23-07-2021 936

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilən general-leytenant Kərim Vəliyevin 44 günlük müharibə zamanı döyüş mövqeyindən çəkilmiş fotoları sosial şəbəkədə paylaşılıb.

Proqnoz.com xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Kərim Vəliyevin döyüşlərdə iştirak edən, şəffaf fəaliyyəti, yüksək peşəkarlığı və vətənpərvərliyi ilə xüsusi seçilən zabitlərdən olduğunu bildirib, adı heç zaman qalmaqal, rüşvət və korrupsiyada hallanmamış “səhra zabitinin” bu təyinatının Ordumuz üçün çox uğurlu olduğunu qeyd edirlər.

Sözügedən fotoları təqdim edirik: