Orta Əlinəzərli kənd Məktəbinin İbtidai sinif müəllimi Xəlilova Nəzakət Sovet qızının  diplomu saxtadır?

15:32 15-09-2021 5688

Bu barədə 20- 08- 2021, Saat 13:14-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin Facebook.com/tehsil.gov.az/ səhfəsinə yazını göndərsək də. indiyədək heç bir reaksiya verilməyib.

Azərbaycan təhsilinin başına oyun açan işbazların daha bir sərgüzəşti... bu dəfə adi diplom qeybdən fərqlənmə diplomuna çevrildi

 Azərbaycan Respublikasında təhsil sahəsində aparılan islahatlar, təhsilin keyfiyyətinə ayırılan diqqət, davamlı inkişaf və insan kapitalına yönəlmiş bir sıra tədbirlər gələcəyin yüksək potensiallı kadr təminatından xəbər verir. Ancaq unutmamalıyıq ki, bugünkü inkişaf dünənin töhfəsidirsə, sabahın inkişafı da bügünkü keyfiyyətli kadr təminatından çox asılıdır. Keçək mətləbə...

Təhsil ictimaiyyətinin nəzərinə çatdırım ki, bir vaxtlar “dünyanın düz vaxtı” (əyri işinə görə heç kimin xətrinə dəyilməyən vaxt), necə deyərlər, “qurdla quzu yanaşı otlayanda” (atalarımızın məsəli belə yerdə dadımıza çatır) təhsil sahəsinə fırıldaq qatan bəzi işbazlar kimlərinsə pulunu alıb onlara ya oxumadan diplom verir, ya Təhsil Nazirliyinin verdiyi diplomu saxtalaşdıraraq ixtisas dəyişdirir, ya da ki, adi diplomu müəyyən məbləğ müqabilində fərqlənmə diplomu ilə əvəz edirdilər. Bu kimi hallar  məktəb rəhbərliyinə məlum olanda cinayət törədən “vətəndaş-müəllim” münasib yollarla işini qaydaya qoymağı bacarırdı.  Artıq zaman dəyişilib və ölkədə həyata keçirilən mühüm ictimai-siyasi tədbirlər, uğurlu təhsil siyasəti yuxarıda qeyd olunan neqativ hallara qarşı mübarizəni qaçılmaz edib.

Sizə təqdim edəcəyim belə diplom sahiblərindən biri, olduqca fərasət sahibi bir qadın Xəlilova Nəzakət Sovet qızıdır. 18 iyul 1970-ci il doğumlu (2HWRLR6), hazırda Beyləqan rayon, Orta Əlinəzərli kənd sakini və həmin kənddə ibtidai sinif müəllimi işləyən bu xanım müəllimə 19.08.1985-ci il tarixli, 121 saylı əmrlə Şəki Pedaqoji Məktəbinin “İbtidai təhsil” ixtisasına qəbul olunmuş, 13.07.1989-cu ildə Şəki Məişət Xidməti Texnikumunu həmin ixtisas üzrə bitirmiş və 059117 saylı adi diplom almışdır.

(Qeyd: 1987-ci ildən texnikumun profili və adı dəyişərək Şəki Məişət Xidməti Texnikumu adlandırılmışdır).

Qeyd edim ki, əlimizdə bu məlumatların düzgünlüyünü təsdiq edən, Şəki Pedaqoji Texnikumunun direktoru R. Ş. Şükürovun imzası və möhürü ilə təsdiq olunmuş 150 saylı, 22.04.2008-ci il tarixli arayış da var. Hətta Nəzakət Xəlilovanın işlədiyi pedaqoji kollektivdə onun adi diplomunu hamı görüb. Lakin bütün bu kimi dəqiq faktların olmasına baxmayaraq onun hazırda şəxsi işlərinin içərisində eyni adlı, eyni nömrəli diplom fərqlənmə diplomu olaraq tanınmaqdadır. Qəribədir, görəsən dövlətin rəsmi sənədinin dəyişdirilməsi və həmin saxtalaşdırılmış sənəd əsasında fəaliyyət göstərərək hər ay dövlətin 450 manat vəsaitini əldə edən sözdə müəllim olan Nəzakət Xəlilova heç vicdan əzabı çəkirmi? Gələcəyimizin təminatı olan sağlam gəncliyi belə “müəllimlər”mi tərbiyə edir? Ağ lövhə kimi məktəb mühitinə daxil olan körpə balalarımızı kimlərə əmanət etdiyimizi bilmək bizim də haqqımızdır. Məktəb təlim-tərbiyə ocağıdır və əminliklə bildirirəm ki, hamımız mənəviyyat dərsini müəllimlərimizdən və onların tədris etdiyi fənlərdən alırıq. Belə bir müqəddəs məkanda fırıldaqçı, saxtakar insanlara yer olmamalıdır.

Aidiyyatı qurumların bu məsələni araşdıracağına və bu barədə səlahiyyətli orqanların doğru qərar verəcəyinə şübhəmiz yoxdur.

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev ölkə rəhbəri olaraq ömrünün gənclik illərini xalqına, xalqının işıqlı gələcəyinə fəda edərək durmadan çalışır və böyük əzmkarlıqla hər cür çirkab işlərə qarşı mübarizə aparır. Bu gün ictimaiyyətin müxtəlif sahələrində edilən kadr dəyişikliyi nəticəsində artıq şərəfli məmurlar öz vəzifə borclarını ləyaqətlə yerinə yetirməkdədirlər. Azərbaycan Respublikasının Təhsil Naziri, cənab Emin Əmrullayevin təhsil sahəsindəki fəaliyyəti bütün təhsil işçilərinə örnək olmalı və hamılıqla sağlam təhsil mühitinin formalaşmasına töhfəmizi verməliyik. Çünki Ulu Öndərimiz Heydər Əliyev demişkən, “Təhsil millətin gələcəyidir”. Bu gələcəyi sağlam və etibarlı əllərə əmanət etmək hamımızın şərəf və vicdan borcudur.

 

P.S. Adını çəkdiyimiz şəxslərin mövqeyini də dərc etməyə hazırıq.