SƏTTAR MÖHBALIYEVIN "QOÇULARI" ƏLILLƏRIN 1 MANATINA MÖHTACDI?

19:12 14-09-2021 900

Bilgəhdəki kardioloji sanatoriyanın çimərliyində, əlillərə hörmətsizlik edilir.

Dünən axşam saatlarında, Bilgəh sanatoriyasında yerləşən çimərliyə hava almaq üçün getdik. Girişdə bizi 4 qapıçı qarşıladı və ödəniş etməyimizi tələb etdi. Mən dedim ki, 2 qurup əliləm və avtomobilimdə də əlilik nişanı var, əlillər üçün isə dayanacaq pulsuzdur. Bu barədə  Dövlətin qərarı var. Onlar bu sözlərimə də məhəl qoymadan israrla pul tələb etməkdə davam etdilər.Mən də  onlardan qəbz tələb etdim, bir xeyli biri-birinin  üzünə baxadıqdan sonra, “yaxşı gözləyin” deyərəki, hardansa 1 qəbz gətirib verdilər mənə. Görünür, bunlardan çox az adam qəbz tələb edir, onlarda bundan sui-istifadə edərək vergidən yayınb, şəxsi ciblərini doldurmaqla məşğuldurlar. Hər bir avtomobilə görə 1 manat ödəməlisən , əks təqdirdə çimərliyə düşmək mümkün olmayacaq. Onu da diqqətinizə çatdırım ki, hər gün bu cimərliyə ən azı 500 avtomobil daxil olur,  yığılan pullar isə dövlət büdcəsinə yox, bəzi işbazların cibinə axır. Maraqlıdır, görəsən o puldan, Muxdar həkimə və Səttar Möhbalıyev cənablarına pay çatırmı? Bu sualımıza cavab almaq üçün AHİK –in Mətbuat xidmətiylə əlaqə saxlasaq da, zəngimizə cavab verən olmadı. Bu çimərlikdə əlavə xidmətlər- stol-stul üçün 10-15 manata, sadə çay üçüsə  3 manat pul tələb olunur, bunun müqabilinda isə heç bir qəbiz verilmir. Yığılan pulların hara getdiyini isə  Səttar Möhbalıyev və  Muxdar həkim daha yaxşı bilər, yəqin ki...

Mahir