Daha bir futbolçumuz məğlubiyyətə görə üzr istədi: Həyat yoldaşı ona dəstək oldu - FOTO

12:57 08-09-2021 333

Daha bir millimizin futbolçusu Təmkin Xəlilzadə dünya çempionatının seçmə mərhələsində Portuqaliya millisinə Bakıda 0:3 hesabı ilə uduzmalarına görə üzr istəyib.

“Zirə” klubunun cinah müdafiəçisi “İnstaqram” hesabında bunu bildirib:

“Kəlimələrə sığmayacaq qədər üzgünəm… Hər zaman yanımda olan, dəstək verən azarkeşlərimdən üzr istəməyi özümə borc bilirəm!”

Fasilədə hücumçu Əli Qurbani ilə əvəzlənmiş Təmkin Xəlilzadənin həyat yoldaşı, “CBC Sport”un əməkdaşı Çinarə Xəlilzadə isə ona dəstək olub:

“Hər halda, evdə gəlib “mən yaxşı oynamadım” deyib, uşaq kimi ağlamağını mən görürəm! Milliyə nə qədər dəyər verdiyini, sevdiyini, hər zaman ən yaxşısını etməyə çalışdığını da! İnanıram sən öz üzərində işləyib, səhvləri görüb, dərs çıxarıb daha yaxşı olacaqsan... və Xorvatiyaya vurduğun qolu dəfələrlə təkrarlayacaqsan!”

 

Qeyd edək ki, daha əvvəl millimizin və “Qarabağ”ın Dağıstan əsilli qapıçısı Şahruddin Məhəmmədəliyev məğlubiyyətə görə üzr istəmişdi.

Səbuhi Musayev