YAP-nin Ramiz Göyüşov ÇAŞQINLIĞI: Hakim partiya öz-özünü necə inkar edir?

12:39 09-09-2021 225

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşovun pornoqrafik videosu yayılıb.

Yenicag.az-ın məlumatına görə, sözügedən məsələ ilə bağlı YAP Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev açıqlama verərək Ramiz Göyüşovun səlahiyyətlərinə cari ilin 30 iyunundan etibarən xitam verildiyini bildirib.

Maraqlısı isə budur ki, YAP-nin rəsmi saytında Ramiz Göyüşov hələ də Binəqədi Rayon Təşkilatının sədri kimi göstərilir.

Bundan başqa, YAP-nin rəsmi “Facebook” hesabında sentyabrın 7-də paylaşılan məlumatda da Göyüşov təşkilat sədri kimi qeyd edilib.

Göründüyü kimi, Ramiz Göyüşovun pornoqrafik məzmunlu videogörüntüsü yayıldıqdan sonra Elməddin Quliyevin verdiyi açıqlama YAP rəsmi saytı və rəsmi sosial media hesabında paylaşılan məlumatlarla eynilik təşkil etmir.

Necə olur ki, Binəqədi Rayon Təşkilatının sədri 30 iyunda vəzifəsindən uzaqlaşdırılır, lakin bununla bağlı nə YAP saytında, nə də sosial media hesabında heç bir bilgi paylaşılmır?!

Dünən odur ki, YAP Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev Göyüşovun seksual məzmunlu videosunun partiyaya vuracağı zərərin miqarını azaltmaq üçün müxtəlif iddialar irəli sürüb. Lakin Quliyev bu iddiaları irəli sürərkən işin “araşdırma” tərəfini yaddan çıxarıb.