“Eurohome”un sahibi Azay Möhnətov sahibkarlara meydan oxuyur: “Kimə istəyirsiniz şikayət edin” - VİDEOFAKT

12:59 10-09-2021 288

“Eurohome”un rəhbəri Azay Möhnətov ticarət mərkəzinin yanması nəticəsində zərər görən sahibkarlara dəyən zərəri ödəməkdən imtina edir.

Sahibkarlar dəyən zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediblər. Ancaq Binəqədi rayon Məhkəməsi iş adamlarının iddialarını təmin etmir və Azər Möhnətovu da prosesə şahid kimi belə gətizdirə bilmir.

Ağ partiyanın başqanı Tural Abbaslı sahibkarların başına gətirilənlərlə bağlı internet TV-lərin birində çıxış edərək Azər Möhnətovla bağlı maraqlı məlumatlar paylaşıb.

Həmin çıxışı təqdim edirik:

Bununla belə sahibkarlar dəymiş ziyanın kompensasiyasına görə məhkəməyə çox ümid edirlər. Sabah Binəqədi rayon Məhkəməsində növbəti proses keçiriləcək. Sahibkarlar ümid edir ki, məhkəmə onların haqlı tələblərini nəzərə alacaq.

Qeyd edək ki, ticarət mərkəzi 2019-ci ilin dekabr ayında yanıb. Nəticədə 50-ə yaxın sahibkara zərər dəyib.

Sahibkarlar bildirirlər ki, onlara dəyən zərər də hesablanıb, bununla bağlı Ədliyyə Nazirliyinin rəsmi sənədi də var. Belə ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 may 2020-ci il tarixli 31328 nömrəli rəyində sahibkarlara dəyən zərərin məbləği təsdiqini tapıb.

Xatırladaq ki, Azay Möhnətov AF Holdinq Şirkətlər Qrupunun və “Uğur-97” şirkətinin prezidentidir.