Benzinin qiyməti

16:59 16-09-2021 378
Rusiyada düşdü, bizdə qalxdı
 
Sentyabrın əvvəlindən Rusiyanın 70-dən çox regionunda benzinin və dizel yanacagının qiyməti gözlənilmədən diqqətçəkəcək dərəcədə aşagı düşüb. Ekspertlərin açıqlamalarına görə, belə addımlar adətən neftayırma zavodlarında təmir işləri başa çatdıqdan sonra sürücüləri öz YDM-lərinə (Yanacaq Doldurma Məntəqələri) cəlb etmək üçün atırlar. Hazırda isə belə hallar müşahidə olunmadıgından, hamını bir sual düşündürür, bəs nə?
Digər qrup ekspertlər isə benzinin qiymətinin aşagı düşməsini siyasiləşdirərək hesab edirlər ki, bu, hökumətin bugünlərdə (17-19 sentyabr) dövlət dumasına seçkilər ərəfəsində insanların rəgbətini qazanmaq üçün atılan addımdır. Onlar hesab edir ki, hökumət benzinin və dizel yanacagının qiymətinin aşagı salınmasını neft maqnatlarından xahiş edib. Ümumiyyətlə, ekspertlərin böyük əksəriyyəti bu fikrin həqiqətə daha yaxın oldugunu düşünür. Onu da qeyd etmək lazımdır ki, Rusiyada benzinin və dizel yanacagının qiymətinin aşagı düşməsiylə paralel propan-butan qazının qiyməti sürətlə artır. İlin əvvəlində təxminən 0,55 manat olan qaz, artıq bəzi regionlarda 0,75 manata qədər artıb. Sürücülər hesab edir ki, belə davam edərsə, yaxın zamanlarda qaz Aİ-92 benzini ilə eyni qiymətə satılacaq. By isə o deməkdir ki, nəqliyyatçılara qaz benzindən daha baha başa gələcək.
Bizdə isə hər şeyin qiyməti ancaq qalxır, yəni ki, bir kərə qalxan, bir daha enməz. Kişinin sözü bir olar.
 
Y. Seyid