İddiası hədsiz olanlar “fil qulağında yatıbmış”...

17:02 16-09-2021 279

Yüksək texnologiyalar sənayesi üzrə erməni nazir Vahan Xaçatryan ölkəsində istehsal olunan pilotsuz uçuş aparatlarının ordunun ehtiyaclarını ödəmədiyini söyləyib: “Amma bu, böyük bir problem deyil. Çünki insanlar yalnız indi-indi aktivləşməyə və özləri üçün perspektiv açmağa başlayırlar. Əslində, insanlar Müdafiə Nazirliyinin əmrinin yeni olduğunu da bilirlər. Müdafiə Nazirliyinin öz məhsullarımıza ehtiyacı var. Bu vəziyyəti nəzərə alaraq artıq kütləvi istehsal haqqında düşünmək lazımdır. Ermənistanda PUA istehsal edən bütün şirkətlər dövlətin öz məhsullarını almağa hazır olduğunu bilirlər. Ermənistanda bu istehsalla 10 şirkət məşğul olur. Bəzilərində artıq hazır və hətta sınaqdan keçmiş məhsullar var. Təlimlər zamanı bu cür yoxlamalar aparmaq daha düzgün olardı. Çünki sınaqlar nə qədər aydın olsa da, hərbi təlimlərdə tamamilə fərqli bir vəziyyət olur”. Mətbuat xatırladıb ki, Vahan Xaçatryan Müdafiə Nazirliyinin yerli istehsallı PUA-ları qəbul etməyə hazır olduğunu keçən aydan açıqlayıb. Necə deyərlər, məğlub ölkə deyəsən, bu illər ərzində “fil qulağında yatıbmış”...

Nigar