Üçüncü doza peyvəndləmə başlanır

16:53 12-10-2021 333

Hökumət əhalini üçüncü doza peyvənd almağa çağirır.
Belə ki, Səhiyyə Nazirinin müavini Viktor Qasımov deyib: “3-cü doza (buster) peyvənd gücləndirici peyvənddir. Əlbəttə ki, onun kifayət qədər lazımlı olduğu öz təsdiqini tapıb”.

“Ona görə tövsiyə etmişik ki, ilk növbədə 60 yaşdan yuxarı əhali və risk qrupuna daxil olanlar bu dozanı vurdursunlar. Növbəti mərhələdə digər əhali kontingenti də buna cəlb olunacaq”, - deyə o, əlavə edib.
Akif Nəsirli.