Millətlər Liqası: -Final mərhələsinin ən yaxşı qolu bəlli olub

17:25 13-10-2021 306

UEFA Millətlər Liqasının final mərhələsinin ən yaxşı qolu açıqlanıb.

 Fransa yığmasının futbolçusu Kərim Benzamanın finalda İspaniya seçməsinə vurduğu top ən yaxşı seçilib.

34 yaşlı hücumçu 66-cı dəqiqədə fərqlənib.

Qeyd edək ki, rəqibini 2:1 hesabı ilə üstələyən Fransa yığması Millətlər Liqasının qalibi olub.