Karonanın beli qırılıb

17:23 18-10-2021 405
Son həmlələrinə can atır
 
Ölkəmizdə koronavirusa yoluxma artan templə davam edir. Amma diqqət edin, ölənlərin sayında isə azalma var. 2 il əvvəl 1000 yoluxmaya 30-40 ölüm faktı olurdusa, indi 2000 yoluxmaya 15-20 ölüm faktı müşahidə olunur. Bu isə o deməkdir ki, artıq koronavirusun pandemiya halına qayıtması mümkün deyil. Yoluxma hallarının artması isə payız mövsümü ilə bağlıdır. Bu, elə bir zamandır ki, insanlar korona olmasa belə, müxtəlif virusların törətdikləri qriplərə yoluxurlar. Hazırda koronavirus da həmin dövrü yaşayır. Buna görə də, məktəblərin, ali təhsil müəssisələrinin bağlanmasına da, elə bir lüzum yoxdur. Amma, necə deyərlər, «ehtiyat igidin yaraşığıdır». Bir çox ekspertlər də bu qənaətdədirlər ki, artıq ölkəmizdə kollektiv immunitet yaranıb, insanların böyük əksəriyyəti 2 doza vaksin alıb. Az bir zamanda 12-18 yaş arası yeniyetmə və gənclərin də peyvənd olunmaları, insanlara rahat nəfəs almaq imkanı verəcək.
Bununla belə, özünüzü və ətrafınızdakı insanları qripdən qoruyun. Yaddan çıxarmayın ki, bizim adi saydığımız qrip, koronadan daha təhlükəlidir. Ancaq heç birindən aşırı qorxmağa və panikaya düşməyə ehtiyac yoxdur.
Yusif