Asif Ağayev haradadır? - şəhid ailələri icra başçısını tapa bilmir

11:16 19-10-2021 828

Beyləqanda əhali icra başçısını axtarır

Rayonda xalqa qarşı hörmətsizlik, şəhid ailələrinə, müharibə əlillərinə və qazilərin problemlərinə biganəlik Beyləqanda hər gün güclənir.

Bu fikirləri şəhid atası Beyləqan rayonu Təzəkənd kənd sakini Ələddin Bayramov müxbirimizə bildirib.

O, qeyd edib ki, icra başçısı Asif Ağayev ona edilən müraciətlərin heç birini həll etmir. Şəhid ailələrinin və qazilərin problemlərinə diqqət  yetirmir. Rayon ikinci Qarabağ müharibəsində 138 şəhid verib. Birinci Qarabağ müharibəsində rayon 218 şəhid verib. Beyləqan ölkənin ən çox şəhid verən rayonudur. Amma bu rayonda şəhidlərə diqqətsizlik həddini keçib.

İcra başçısının varlığı rayonda yalnız rüşvət yığılanda hiss olunur. Beyləqan İcra hakimiyyətinin fəaliyyətsizliyi rayon əhalisinin ciddi narazılığına səbəb olub.

Rayonda rüşvət və korrupsiyaya qarşı mübarizə getmir. Rüşvətxorluq adi hal alıb. Hüquq- mühafizə orqanlarına olunan müraciətlərə vaxtında baxılmır, insan haqları hər addımbaşı pozulur.

Şəhid atası deyir ki, icra başçısı səlahiyyətini şpbə müdiri İlqar Quliyevə tapşırıb. O da heç bir iş görmək qabiliyyətinə malik deyil.

 

Paralel.az