Məktəbli qəflətən dünyasını dəyişdi

16:13 21-10-2021 414

Məktəbdə halı pisləşən 8-ci sinif şagirdi ölüb.
Hadisə bu gün Xudat şəhərində baş verib. 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib. Xəstəxanaya çatdırılan məktəblini xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, məktəbli bir həftə temperaturu olduğu üçün müalicə olunub. Bir həftədən sonra dərsə gəlib və bu gün qəflətən halı pisləşib. Ölümün səbəbi ekspertin rəyindən sonra bilinəcək.