Zaqatalada ŞOK HADİSƏ - Dərsdən evə qayıdan məktəbli qızı zorladılar

16:18 21-10-2021 630

Zaqatala rayonunda məktəbli qız seksual xarakterli zorakılıqla üzləşib.

Proqnoz.com News24.az-a istinadən xəbər verir ki, hadisə bu il may ayının 4-də saat 17 radələrində rayonun Axaxdərə kəndində qeydə alınıb. Belə ki, əvvəllər narkotik maddələrin dövriyyəsi və zorlamaya cəhd əməlinə görə məhkum edilmiş kənd sakini, 1977-ci il təvəllüdlü Həsən Abdulov bu dəfə həmkəndlisinin 2008-ci il təvəllüdlü qızı Mədinəni zorlamaq qərarına gəlib.

Məlumata görə, Həsən Car kəndində məscidin yaxınlığında olarkən həmkəndlisinin qızının hazırlıq dərsindən çıxıb yol kənarında dayandığını və öz kəndlərinə gedən avtobusu gözlədiyini görüb. Sərxoş vəziyyətdə olan Həsən yetkinlik yaşına çatmayan məktəbli qızı zorlamaq qərarına gəlib və ona yaxınlaşaraq atasını xəbər alıb.

Daha sonra o, Mədinənin arxasınca məscidin qarşısına yaxınlaşan "Mercedes" markalı mikroavtobusa minib. Seksual manyak avtobus Axaxdərə kəndinə çatanda qızla birlikdə düşüb və onun arxasınca düşüb. 13 yaşlı qız yolunu dəyişib nənəsigilin həyətinə daxil olmaq istəyərkən Həsən arxadan onu vurub və ağzını tutaraq zorla yaxınlıqdakı meşəlik zolağa aparıb. Burada qızı ölümlə hədələyən və qışqırmaması üçün ağzını tutan şəxs onu üzü üstə yerə uzadaraq zorlayıb.

Məktəbli qız Həsənin ona qarşı etdikləri barədə evə qayıdan kimi nənəsinə və anasına xəbər verib. Seksual manyak dərhal polis tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri – 14 yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə iş açılıb.