Erməni mətbuatının növbəti hədəfi: “Rusiya bizim dostumuz deyil, o, rəzil bir xaindir”

11:58 22-10-2021 486

Erməni mətbuatı bu dəfə Rusiyanı hədəfə alaraq geniş məqalə ilə çıxış edib. Sitat: “Belə çıxır ki, “rus dostlarının” pullarını qoymağa yerləri yoxdur və buna görə də onlar Azərbaycana “qaytarılan”, səxavətlə erməni qanı ilə suvarılan torpaqlara investisiya qoymaq qərarına gəliblər.

Dost bəlada tanınır, deyirlər. Bununla razılaşmamaq çətindir - bir dostun sizə həqiqi münasibəti yalnız çətin vəziyyətdə sınaqdan keçirilə bilər. Amma insan təbiəti elədir ki, dost həmişə yanında olmur, həmişə əlini uzatmır. Üstəlik, sizi yalnız “kasıb qohum” hesab edən və ya öz məqsədləri üçün istifadə edən dost varsa...

Bu, bizdə də baş verdi. Ermənistanın Rusiya ilə “dostluğunu” nəzərdə tuturam. Nə qədər ki, ermənilər yaxşı vəziyyətdə idi, “kasıb qohum” və “kiçik qardaş” roluna razılaşırdıq, hər şey qaydasında idi. Ancaq 2018-ci ilin yazında Ermənistan həqiqi dostlar arasında bərabər münasibətlərə eyham vuran kimi, şimal “dostumuz” dərhal vəhşi təbəssümünü göstərdi. Rusiya mediasında, xüsusən Kreml tərəfdarı olan tok-şoularda Ermənistana və ona rəhbərlik edən Paşinyana nə qədər çirkab atıldığını xatırlayın.

Kreml Ermənistan və Paşinyandan qisas almağa qərar verdi. Azərbaycan və Türkiyəni erməni dövlətlərinə qarşı təcavüzə sövq etməklə qisas aldılar. Bəli, Bakı və Ankaranı hücuma ruhlandıran “dostumuz” Rusiyanın istifadə etdiyi kənar müşahidəçinin susqun mövqeyi idi.

Neçə dəfədir ki, Paşinyan birbaşa və ya diplomatik kanallarla Putindən məsələyə müdaxilə etməyi, dost Ermənistanın köməyinə gəlməyi xahiş edib? Bir və ya iki dəfə deyil. Amma “dost” özünü lal-kar kimi göstərib, ermənilərə kömək etmək üçün barmağını belə qaldırmayıb.

Amma bütün bunlardan sonra da “incimiş dost” bizə qarşı hiylə qurmaqda davam edir. Belə ki, oktyabrın 21-də Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Rusiya iqtisadi operatorlarının Azərbaycana qayıdan ərazilərin münaqişə sonrası bərpasında iştirak etməyə hazır olduqlarını” söyləyib: “Söhbət Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatına uyğun olaraq, Azərbaycana qaytarılan ərazilərdən gedir. Rusiyanın iqtisadi operatorları bu ərazilərin münaqişədən sonra yenidən qurulmasında iştirak etməyə hazırdır. Bu il iyulun 23-də iqtisadi inkişaf nazirinin müavininin rəhbərlik etdiyi biznes missiyası əməkdaşlıq perspektivlərini müəyyən etmək üçün Bakıda olub. Noyabrın 17-18-də bir qrup Rusiya

şirkəti Azərbaycana yenidən səfər etməyi planlaşdırır. Bu istiqamətdə Rusiya-Azərbaycan qarşılıqlı fəaliyyətinin və əməkdaşlığının əməli şəkildə həyata keçirilməsinin nümunələrindən biri də Cəbrayıl rayonunda birgə KAMAZ servis mərkəzinin və Gəncə Avtomobil Zavodunun istehsalat avtomobil birliyinin təməlqoyma mərasimidir. Əlbəttə ki, Azərbaycanda Rusiya işgüzar fəaliyyətinin genişləndirilməsində maraqlıyıq və bu cür birgə işi Moskva ilə Bakı arasındakı əlaqələrin vacib komponenti hesab edirik. Biz buna hər cür kömək edəcəyik”.

“Rus dostları”nın dediyindən belə çıxır ki, onların pullarını qoymağa yerləri yoxdur və buna görə də Azərbaycana “qaytardıqları” torpaqlara sərmayə qoymaq qərarına gəliblər. Erməni qanı ilə suvarılan, canları bahasına 90-cı illərdə əvvəlcə azad edilən, sonra isə 2020-ci ilin payızında əsgərlərimiz tərəfindən müdafiə olunan yerdə.

Bu, ikiüzlülük deyil. Bu, Paşinyanı əraziləri Azərbaycana verməyə məcbur edən Rusiyanın ifrat dərəcədə alçaqlığıdır. Və burada tamamilə təbii sual yaranır: ruslar, sizə nə mane oldu? Madam ki, əlavə pulunuz vardı, niyə bu ərazilər ermənilərdə olanda onların bərpasına yatırmırdınız? KAMAZ xidmət mərkəzi ermənilərdə olanda da işə düşə bilərdi və

bununla da Ermənistanın və Artsaxın bölgəni canlandırmasına, yerli əhalinin işlə təmin olunmasına kömək edə bilərdi.

Ancaq ruslar o illərdə Ermənistan bölgələrinə bir qəpik də sərmayə qoymadılar, yalnız Karvaçardan qızıl çəkdilər. Siz özünüzü dost kimi göstərərək, o qədər də zəngin olmayan Ermənistanın işğaldan azad edilmiş torpaqlarını ayağa qaldırmağa kömək etmədiniz. İndi isə azərilərin yanına qaçıb kinli şəkildə hansısa “bərpa”dan danışırlar.

Ancaq təəccüblənməyə dəyməz. Biz çoxdan başa düşmüşük ki, kim bizim dostumuzdur, kim düşmənimizdir. Rusiya bizim dostumuz deyil. Bu, erməni xalqının ondan mümkün qədər uzaq durması lazım olan rəzil bir xaindir”.

Nigar