Xətaidə su qıtlığı

14:58 22-10-2021 612

Sakinlər çoxmərtəbəli binaların üstünə yenidən çənlər qaldırmaq istəyirlər

Paralel.az xəbər verir ki, Xətai rayonunda bəzi yaşayış binalarında içməli suyun təlabatı tam ödənilmədiyi üçün həmin evlərdə yaşayan sakinlər dəmir su çənlərindən istifadə edirdilər.

Bir neçə il əvvəl həmin çənlərin binaların üzərindən yığışdırılmasına başlanıb.

Sakinlərin sözlərinə görə, çənləri öz hesablarına quraşdırmışdırlar. Bir neçə il əvvəl onları kommunal xidmətlərin nümayəndələri çıxararaq, suyun daimi olaraq verilməsini vəd etdilər. Bir ay müddətində su verilməsi fasiləsiz olsa da, bu gününə kimi su saat 12:00 saat 18:00 kimi və gecə saat 00:00 saat 06:00 kimi olmur.

Xətai rayon icra hakimiyyətinin şöbə müdiri bildirib ki, hündürmərtəbəli binaların dam örtüyü təmir olunur. Bununla əlaqədar su çənləri damlardan çıxarılıb. Həmin çənlər lift motorxanasının üzərində qoymusdurlar və həmin yerlərdə axıntılar qeydə alınmışdır.
Evində 24 saat su təchizatı olmayanlara yarım tona qədər plastik çənlər quraşdırılmağa icazə var.

"Azərsu" ASC-nin nümayindələri açıqlama verərək bildiriblər ki, texniki təchizat olan yerlər 24 saat su ilə təmin olunur. Fasiləsiz su rejiminin olmadığı məkanlarda isə bunun səbəbi ya paylayıcı şəbəkənin uzun müddətdir istismar edilməsi, ya da həmin ərazidə kifayət qədər su və ambar ehtiyyatlarının olmamasıdır.

Suyun fasilələrlə verildiyi evlərin sakinləri yalnız göstərilən nümunələrin su çənlərini yenidən quraşdıra bilərlər.