N.Tusi Klinikasında əməliyyat zamanı ölüm – “Həkim ona qəsd edib”

15:02 22-11-2021 270
N.Tusi adına klinikada əməliyyat olunun xəstə vəfat edib. MillətinSəsi.info xəbər verir ki, 1955-ci il təvəllüdlü Heydər Cəfərxanova eyni vaxtda 6 stend qoyulub. O elə əməliyyat masasında dünyasını dəyişib.
 
Xəstə yaxınları iddia edir ki, bədbəxt hadisə kardioloq Samir Abbasovun səhvi ucbatından baş verib.
 
Bildirilir, o xəstənin vəziyyətini düzgün qiymətləndirməyib və eyni vaxtda 6 stend qoymaqla onun həyatına qəsd edib:  “Heydər Cəfərxanov şəkər xəstəsi idi. Ümumi yoxlanışa gedib. Həkim koronar angioqrafiya (anju) edib, sonra da dərhal əməliyyata aparıb. Onun heç yaxınları ilə məsləhətləşməyə də imkan verilməyib. Sadəcə lazım olan 8 min pul istəyib və əməliyyata salınıb. Mütəxəssislər bildirir ki, belə bir xəstəyə eyni vaxtda 6 stend qoymaq olmazdı”.
 
Xəstə yaxınları hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğuna müraciət ediblər, faktla bağlı cinayət işi başlanılıb.
Məsələ ilə bağlı həkim Samir Abbasovla əlaqə saxladıq. Samir Abbasov açılamasında bu iddiaların əsasız olduğunu deyib. Onun sözlərinə görə, əməliyyat tam uğurla aparılıb və bu proses diskə yazılıb.
 
Mənbə Bakupost.az