Müəllim şagirdləri qamçıladı

14:39 23-11-2021 225

Proqnoz.com sosial şəbəkələrin İran seqmentinə istinadən xəbər verir ki, Güney Azərbaycanda məktəb müəllimi kəmərlə iki şagirdə döyüb.

Qərbi Azərbaycan vilayətinin Ərəblər (Poldəşt) şəhərində şagirdlərə məktəbdə işgəncə verilib.

Sosial şəbəkələrdə Poldəştin məktəblərindən birində müəllimin şagirdləri döyərək işgəncə verdiyini əks etdirən video yayılıb.

Bundan qəzəblənən valideynlər həmin müəllim barədə lazımı tədbir görülməsi üçün səlahiyyətli qurumlara müraciət ediblər.