Planetdəki buz təbəqəsi nədən yaranıb?

18:22 24-11-2021 207

Proqnoz.com xəbər verir ki, 34 milyon il əvvəl baş vermiş tektonik yerdəyişmə  Cənub Okeanındakı cərəyanları ciddi şəkildə dəyişib.
Antarktidanı ətraf qitələrlə birləşdirən sonuncu quru körpülər, təxminən 34 milyon il əvvəl qopub. Tədqiqatlar göstərib ki, 34 milyon il əvvəl Cənubi Okeanın dəniz zolaqları bir neçə yüz metr dərinləşib. Bu, yerüstü suların kəskin soyumasına gətirib çıxarıb.
Müəlliflər hesab edir ki, həmin dövrdə atmosferdə karbon qazının konsentrasiyasının azalması ilə yanaşı, tektonik hadisələr Antarktidanın ilk buzlaşmasında və qlobal iqlim dəyişikliyində həlledici rol oynayıb. Nəticədə təkcə Antarktidada deyil, həm də planetin buz fazasına daxil olan digər hissələrində buz təbəqələri əmələ gəlməyə başlayıb.
Tədqiqatçılara görə, hazırda mütəxəssislərin planetdə iqlim dəyişikliyini proqnozlaşdırmaq üçün istifadə etdiyi qlobal iqlim modellərinə müvafiq düzəlişlər edilməlidir.
Nigar