Yeniyetmələrə də peyvənd?

14:06 25-11-2021 135

Proqnoz.com xəbər verir ki, Sputnik peyvəndinin müəllifləri 12 yaşadək uşaqlar üçün peyvənd haqqında sənəd hazırlayır.
“Rossiya 24” telekanalına müsahibəsində müstəqil uşaq mütəxəssisi, Rusiya EA-nın akademiki Leyla Namazova-Baranova uşaqların koronavirusa yoluxma ehtimalının artması faktından danışıb: “Pandemiyanın başlanğıcı ilə müqayisədə beş yaşa qədər uşaqlar təxminən iki dəfə tez-tez xəstələnirlər. Gənc və yeniyetmələr isə təxminən üç dəfə çox xəstələnirlər. Onlar da böyüklər kimi ictimai nəqliyyatda gəzir, ticarət mərkəzinə, kino və teatrlara, müxtəlif sərgilərə, kafelərə, restoranlara, klublara gedirlər. Bütün bunlar ona gətirib çıxarır ki, yayılmanın dayandırılması, epidemiya prosesinin səngiməsi üçün biz təkcə böyükləri deyil, həm də epidemioloji prosesin fəal iştirakçıları kimi yeniyetmələri peyvənd etməliyik.
COVID müxtəlif nəticələrinə görə dəhşətlidir. Biz artıq dəqiq bilirik ki, onun müxtəlif orqanlara təsiri var. Bu nəticələri sonradan aradan qaldırmaqdansa, qarşısını almaq daha yaxşıdır”.
Nigar