Rusiya Ukrayna sərhədləri yaxınlığında hərbi təlimə başlayıb

18:37 13-01-2022 351

Rusiya Ukrayna sərhədləri yaxınlığında hərbi təlimə başlayıb.

Proqnoz.com: Bu barədə Rusiya Müdafiə Nazirliyi yazılı açıqlama yayıb.

“10 mindən çox hərbi heyətin iştirakı ilə Volqoqrad, Həştərxan, Stavropol, Rostov və Krasnodar bölgələrində təlimlər keçiriləcək”, - nazirlikdən bildirilib.

Məlumata görə, Rusiyanın Qara dəniz və Xəzərdəki donanmaları da təlimlərə qatılacaq.