Bakıda məşhur “Modern” hospitalında ölüm hadisəsi olub

19:31 13-01-2022 342

Bakıda klinikaların birində ölüm hadisəsi baş verib.

MillətinSəsi.info-nun əldə etdiyi məlumata görə, hadisə Nizami rayonunda yerləşən “Modern” hospitalda qeydə alınıb.

 

Belə ki, şəkər və ürək xəstəliklərindən əziyyət çəkən 73 yaşlı Həsən Həsənov yoxlanış məqsədiylə aparıldığı klinikada ölüb. Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

“Modern” hospitalı tibb müəssisəsində baş verən ölüm hadisəsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Klinikadan bildirilib ki, Həsən Həsənov xəstəxanaya daxil olan zaman artıq vəfat edibmiş: “Pasiyent klinikaya daxil olanda artıq keçinmişdi. Sadəcə olaraq yaxınları bundan məlumatlı olmayıb. Tibbi olaraq həmin şəxs müayinə olunub və ölüm faktı təsdiqlənərək yaxınlarına bildirilib”.