Ərdoğandan yunan baş nazirə - Ataların yaxşı bilir, hesabı ağır olur!

12:52 13-06-2022 198

"Efes 2022" təlimlərində müəyyən yerlərə (Yunanıstan - red.) mesaj verdik. Onlar da bunu anlayaraq dərhal toplantı keçirdilər. Artıq bundan sonra Türkiyə əleyhinə bəyanat verməyəcəklərini söylədilər.

 


Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vanda gənclərlə görüşündə deyib.

"Aramıza üçüncü şəxsləri daxil etməyin dedik. 15 gün keçdikdən sonra sən ABŞ Senatında Türkiyə əleyhinə çıxış edirsən. Aldanmarıq Miçotakis, aldanmarıq. Ataların çox yaxşı bilir, hesabı ağır olar. Yaradılan bazaların ruslara qarşı olduğunu deyirlər. Ukraynada Rusiyaya qarşı nə etdiniz?", - deyə türk lider bildirib.