Prezident Özbəkistana getdi

12:45 21-06-2022 180

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistana dövlət səfərinə gedib.

 


Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.