Neftçilərin ərzaq payına kim TAMAH SALIB? - İTTİHAM VAR!

14:20 22-06-2022 198

"Uzun illər öncə ölkənin hasilat sənayesində "Xəzərdənizneftqazsənaye" İB, 1980-ci ildən 90-cı illərin əvvəlinədək isə "Xəzərdənizneft" İB fəaliyyət göstərirdi. Və həmin birliklərin baş direktoru, Qurban Abbasov olub..." DİA.AZ xəbər verir ki, bunu özünün "facebook" səhifəsində Neftçilərin Hüquqlarını Müdafiəsi ictimai Birliyinin sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı "Qara maskalıları "Xəzəriaşə"də görmək arzusu ilə" başlığı altında yazıb.

 


Hüquq müdafiəçisi daha sonra davam edir: "Neftçi Qurban... Nəfsi özündə, harama əl atmayan.... O zaman da dəniz neftçilərinə iaşə xidmətini Fəhlə Təchizatı idarəsi (ORS), indiki "Xəzəriaşə" MMC göstərirdi. Sahə üçün ayrılan vəsaitlə, alınan ərzaq, menyü düz gəlirdi. Ona görə ki, nə Neftçi Qurban, nə də ki, onun müavinlərinin nəfsi, gözü ac olmayıb. Onlar ağır dəniz şəraitində çalışan neftçi yeməyindən oğurlanan ərzağa ortaq deyildilər. Məhz buna görə ORS yanında dilləri qısa da deyildi. İndi də dəniz neftçilərinə "Xəzəriaşə" MMC (SOCAR Birgə müəssisə), qılafını dəyişmiş həmin ORS xidmət edir. O cümlədən müqavilə bağladığı qurumun da adı dəyişib SOCAR olub , və bu halda rəhbərlik, siyasət və nəfs də fərqli oldu..."
Dia.az bildirir ki, daha sonra M.Qəhrəmanlı ona edilən müraaciətlərə də diqqət yönəldib: "Bəzən mənə yazırlar ki, "Xəzəriaşə"nin yiyəsi "siyasi nüfuz sahibi "olan bir şəxsdir. Ona görə də bu qurumda ciddi yoxlamalar aparılmır (köçürülən pulla alınan ərzağın tutuşdurulması, yemək hazırlanarkən istifadə olunan qatqıların, ətin mənşəyi, keyfiyyəti və s.)...

Əgər adıçəkilən "yiyə" düzdürsə, bu halda "nə gündəsən Ağabala"... Əgər yalandırsa, qulağına çatsa, dədənizi yandıracaq..."

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

 

XalqXeber.Az