Fransa XİN rəhbəri İrana çağırış etdi

10:34 20-09-2022 198

İran anlamalıdır ki, nüvə sazişi ilə bağlı fürsət pəncərəsi tezliklə bağlana bilər və orada olan təklifdən daha yaxşısı olmayacaq.

 
Bunu bazar ertəsi Fransanın xarici işlər naziri Ketrin Kolonna BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində keçirilən mətbuat konfransında deyib.

“Müqavilə layihəsinin mətni mart ayından danışıqlar masasındadır. Təəssüf ki, İran hələ də müsbət cavab verməyib. Avqustda fürsət pəncərəsi hələ də açıq idi, amma düşünürəm ki, indi bağlanmağa yaxındır”,- deyə nazir bəyan edib.

Fransa XİN rəhbəri vurğulayıb ki, indiki təklifdən daha yaxşı təklif olmayacaq” və “Tehran artıq qərar verməlidir”.

Qeyd edək ki, Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının Daimi Beşliyi və Almaniya tərəfindən İranla imzalanıb. ABŞ-ın əvvəlki prezidenti Donald Tramp 2018-ci ildə bu sazişdən çıxmaq qərarına gəlib. Hazırkı Amerika lideri Co Bayden dəfələrlə Vaşinqtonun Tehranla nüvə sazişinə qaytarmağa hazır olduğunu bildirib. Rusiya, Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransa keçən ilin aprelindən Vyanada İranla razılaşmanın ilkin formada bərpası üçün danışıqlar aparır.

Mənbə: TASS

 

XalqXeber.Az

0.22080111503601