Beyləqanın başçısının BAŞI DƏRDDƏ... - HƏBSİ PLANLANIR...

15:54 21-09-2022 315

Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin həbsinə hazırlıq getdiyi barədə müfəssəl məlumatlar var.

 


Bu barədə məlumat qaynağımız iddia edir ki, yaxın günlərdə icra başçısının işdən çıxarılması barədə qərar veriləcək. Və bu qərarın ardınca isə Asif Ağayev həbs ediləcək.

RealMedia.az xəbər verir ki, mənbənin iddiasına görə, Asif Ağayevin həbs edilməsinə səbəb onun Beyləqan rayonuna ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi və barəsində cinayət işinin açılması faktı ilə bağlıdır.

Bildirilir ki, Asif Ağayevlə yanaşı icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Rauf Abbasov və ayrı-ayrı vəzifəli şəxslərin həbs ediləcəyi gözlənilir.

Qeyd edək ki, bir neçə ay əvvəl Baş Prokurorluq tərəfindən Beyləqan rayon icra hakimiyyətinin başçısı və ayrı-ayrı vəzifəli şəxsləri barəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə cinayət açılaraq istintaqı aparılır. 

Hətta xatırlayırsınızsa, bir müddət əvvəl cinayət işi ilə əlaqədar olaraq icra başçısının istintaqa çağırılaraq sorğulandığı və ölkəni tərk etməmək haqda barəsində qətimkan tədbiri haqda qərar çıxarıldığı xəbəri də yayılmışdır.

Artıq görünür ki, Asif Ağayevin çibanı yetişib, icra başçısı barədə yaxın günlərdə konkret qərar veriləcək.
RealMedia.az

 

XalqXeber.Az

0.24600696563721