Premyer Liqa -XX turun oyun cədvəli açıqlandı

21:58 06-03-2021 594

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun oyun cədvəli məlum olub.  İki günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Tura martın 13-də keçiriləcək “Qarabağ” – “Sabah” oyunu ilə start veriləcək. Tura martın 14-də “Neftçi” –“Səbail” qarşılaşması ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, XX tur

13 mart (şənbə)

17:00. “Qarabağ” – “Sabah”
“Azersun Arena”

19:15. “Sumqayıt” – “Keşlə”
“Kapital Bank Arena”

14 mart (bazar)

15:00. “Qəbələ” – “Zirə”
Qəbəllə şəhər stadionu

17:45. “Neftçi” –“Səbail”
“Bakcell Arena”