Bəylər Eyyubov “Şərəf” ordeni ilə təltif edilib

18:38 10-03-2021 639

Azərbaycan Prezidenti İlham Əliyev Bəylər Eyyubovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində səmərəli fəaliyyətinə, vəzifə borcunu peşəkarlıqla yerinə yetirdiyinə görə Bəylər Həsən oğlu Eyyubov təltif edilib.

Qeyd edək ki, bir müddət öncə Prezident İlham Əliyev Bəylər Eyyubovun Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təyin edilməsi barədə sərəncam imzalayıb. Buna qədər general-polkovnik Bəylər Eyyubov Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini vəzifəsində çalışıb.